Türkiyə təyyarələri Rusiya təyyarələrini qovub

12 Noyabr 2013 10:45 (UTC+04:00)

Türkiyənin Hərbi Hava Qüvvələrlərinə məxsus F-16 təyyarələri Rusiya hərbi-patrul təyyarəsini təqib edib

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiyanın hərbi-patrul təyyarəsini təqib edib.


Ans press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri Qaradəniz üzərindən uçan Rusiyanın İL-20 tipli hərbi-patrul təyyarəsini təqib edib və onu beynəlxalq hava boşluğunda uçmağa məcbur edib.


Məsələ ilə bağlı Türkiyə Baş Qəraragahından verilən açıqlamada bidirilib ki, Rusiya təyyarələrinin təqib edilmə səbəbi, onların Türkiyənin Qaradəniz üzərində olan hava sərhəddini pozmalarıdır.