Bakıdakı gecə klubunda möhtəşəm şou-FOTOLAR
12 Noyabr 2013 11:40 (UTC+04:00)
Çox saylı istəkləri nəzərə alaraq, nəhayət ki, noyabrın 3-də Ruslan
M və Lady Slim öz güclərini birləşdirərək yerli gecə klublarının
birində birgə möhtəşəm bir şou nümayiş etdirdilər. Movqe.az xəbər
verir ki, bu dəfəki şouda əvvəlki şou və musiqi nömrələri ilə
yanaşı, həm də yeni nömrələr nümayiş olundu. Ruslan_M şoumen kimi
2008-ci ilin sonu 2009-cu ilin əvvəlində fəaliyyətə başlayıb. Onun
Bakıda, eləcə də Bakıdan kənar Azərbaycanın bir çox istirahət
mərkəzlərində, klublarında silsilə tədbirləri, partiləri keçirilib
və hal-hazırda da keçirilməkdədir. Ruslan səhnədə yaratdığı
şoulara, musiqili nömrələri və yarışları ilə həmişə maraq doğurur,
səhnədə yaratdığı novatorluğu ilə isə yaddaşlarda qalır. Lady Slim
- Azərbaycanın ilk travesti aktyorudur. Travesti - parodiya janrı
olub və bir cinsin əks cinsi parodiya etməsidir. Lady Slim ilk dəfə
2008-ci ildə Moskvada yaradıcılıq fəaliyyətinə başlayıb. 2009-cu
ildən isə Azərbaycanda bu janrı təmsil etməyə başlayıb. 2010-cu
ildə Azərbaycanı Ukraynada "Miss Travesty International 2010"
beynəlxalq müsabiqəsində təmsil edib və "Birinci Vitse- Miss" adına
layiq gorülüb. Elə həmin ildə yerli Azərbaycan telekanallarının
birində istedad yarışmasına qatılıb, münsiflər və tamaşaçıların
məhəbbətini qazanaraq 5 ay boyunca efirdə olub. 2011-ci ildə isə
Lady Slim Moldovada "Miss Flawless Queen" adlı beynalxalq
müsabiqəyə laureat seçilərək finala keçmiş və "Miss Elegant 2011"
adına layiq görülüb. Lady Slim bu gün də rəngarəng kostyumları və
biri-birindən fərqli nömrələri ilə maraq doğurur.
Gecədən fotoları movqe.az sizə təqdim edir: