Bərgüzar Korel: “Onun "Hürrəm"i də, hərəmi də mənəm”
12 Noyabr 2013 12:20 (UTC+04:00)
Bərgüzar Korel. Azərbaycan tamaşaçısı onu "Min
bir gecə" serialından tanıdı. Daha sonra "Bitməyən şarkı" və
"Karadayı" ilə tamaşaçıların görüşünə gəldi. Elə onunla "Karadayı"
serialının çəkilişindən sonra görüşdük. Yorğun idi… Tələsirdi...
Amma qısa söhbət etməyə razılaşdı.
- Sizə hansı Bərgüzar kimi yanaşaq? Övladı üçün
fədakarlıq edən, pavliyonda mahnı oxuyan, yoxsa Hakimə
xanım?
- Konservatoriyadakı tələbə Bərgüzar kimi. Məncə,
o simamı itirməmişəm.
- İki məşhur insanın evliliyi necə gedir? Bu
evlilik çətin deyil ki?
- Mənə bu evlilik səbr etməyi öyrətdi. Məsələn,
istirahət gününün tez gəlməsini istəyirəm. Çətin məqamları çoxdur.
İkimiz də çox çalışırıq. Bəzən evdə danışmağa halımız belə olmur.
Yorğunluq, stress - bunlar hayatımızda çətinliklər
yaradır.
- Gəzi parkı hadisələrində Halit bəyi çox
incitdilər. Hətta sizinlə bağlı da xoşagəlməz ifadələr
səsləndi.
- İnsanlar seçimlərində azaddır. Halit bəy öz
düşüncəsini nümayiş etdirdi. Amma bəziləri bunu çirkinləşdirdi.
Bizə qarşı gərəksiz sözlər dedilər. Bunları xatırlamaq istəmirəm.
Hər kəs öz sifətini göstərdi.
- Bəzən Halit bəylə sizin də sevginizin sonunun
çatdığını deyirlər.
- Niyə sonları çox
sevirik?! Hər şeyin mütləq sonumu olmalıdır?! Bəlkə biz öləndən
sonra da sevgimiz qalacaq. Bunu kim bilir?!
- Heç eqonuz sizə güc
gəlirmi?
- Eqoların ailədə nə işi var? Hər kəs kimi biz də
bir iş görürük. Səhər işə, axşam evə. Həkim deyilik,
aktyoruq.
- Həm də anasınız. Bu da çox
önəmlidir.
- Ana olmamışdan öncə də uşaq mənim üçün həyat
demək idi. Uşaq olmasa, onsuz da heç bir gözəllik olmaz. Övlad
xəzinədir. Ağıllı insanlar bu xəzinəni qazanır. Körpə ailə, yaşam,
nəfəs deməkdir.
- İşdən sonrakı vaxtlarınızda nə
edirsiniz?
- Şəkil çəkməyi sevirəm. Mısır çarşısını,
Eminönünü gəzməyi çox xoşlayıram. Gedib oradan evə bazarlıq edirəm.
Ümumiyyətlə nə istədiyimi bilən biriyəm.
- "Min bir gecə"dən sonra niyə pavliyon qadını
rolunu qəbul etdiniz? Bu bir az aşağı olmadımı?
- Bu rolu aktrisalıq
həyatımla bağlı narahatlıqlarım var idi deyə, qəbul etdim. Əslində
"Min bir gecə" serialında da məni ittiham edirdilər. Mən bir rəng -
ağ, və ya qara deyiləm. Onlardan başqa da rənglər var. Pavliyon
qadınını oyandım. Nə olsun?! Mənim də özümə qoyduğum sərhədlər var,
amma qərəzli deyiləm.
- Hakim qadın rolunda çox ciddisiniz. Həyatda da
bu qədər ciddisinizmi?
- Bir aralar çox ciddi idim. Qara rəng kimi… Hətta
geyimlərimdə də bu görünürdü. Sonra aynaya baxdım və dedim ki, niyə
beləyəm? Dəyişmək lazımdır. İndi rəngliyəm. Danışmağı, gülməyi çox
sevirəm. Amma paparatsilərin mənim, oğlumun gizli şəkillərini
çəkməsini sevmirəm. Çünki sakit və xoşbəxt bir həyatım var və
pozulmasını istəmirəm.
- Sizə gözəl qadın deyirlər.
- Əslində mən ana olandan sonra
gözəlləşdim.
- Amma Halit bəy sizi öncədən kəşf
etmişdi.
- Hə, əslində onu evlənməmişdən 6 il öncə
tanıyırdım. Amma Halit məni kəşf etdi. Mən bir az qapalıyam. Hər
kəs mənim nə düşündüyümü bilməz. Çox az danışardım, elə hey
ürəyimlə dərdləşirdim. Amma Halitdən sonra danışmağı öyrəndim.
Halit indi mənə, ailəsinə qarşı çox sadiqdir. Bizim evliliyimiz çox
safdır.
- O həm də böyük bir hərəmi olan "Sultan
Süleyman"dır.
- (Gülür) Onun "Hürrəm"i də, hərəmi də
mənəm.
(publika/az)