"Hollandeyə istefa" səsləri Parisi silkələdi
12 Noyabr 2013 12:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Fransada Birinci Dünya Müharibəsinin
sonunu gətirən atəşkəsin xatırlandığı 11 Noyabr Atəşkəs Günü
səbəbiylə paytaxt Parisdə təşkil edilən mərasimlərdə prezident
Fransua Hollande təhqirlərə məruz qalıb. Etirazçılar "Hollandeyə
istefa", "Sosialist diktator" kimi şüarlar deyib. Polis, ətraf
mühit vergisinə etiraz etmək üçün Hollande əleyhinə nümayiş edən 70
nəfəri nəzarətə götürüb. Polislə həddindən artıq sağçı hərəkətlərlə
əlaqəli olduğu bildirilən etirazçılar arasında toqquşma
yaşanıb.