Tamaşaçıların gözü qarşısında marixuana çəkən ifaçı kimdir?

12 Noyabr 2013 12:44 (UTC+04:00)

"Qalmaqalların qadını" adlandırılan  Miley Cyrus, bu dəfə səhnədə narkotik vasitədən istifadə edib. Mövqe.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sentyabr ayında təşkil edilən "MTV Mükafat" mərasimində səhnədə etdiyi rəqsi ilə həftələrcə adının hallanmasına nail olan Miley Cyrus, yenə "MTV" gecəsində bir başqa qalmaqala imza atıb. 

Belə ki, "Wrencking Ball" ilə ən yaxşı video mükafatı alan Cyrus, mükafatını almaq və mahnını söyləmək üçün səhnəyə çıxıb. Əlində bir çanta ilə səhnəyə çıxan Cyrus, mükafatı alıb səhnədə tək qaldıqdan sonra "Bu mükafat bu çantaya sığmaz" deyib, mükafatı yerə atıb. Daha sonra isə o, çantasından marixuana çıxarıb və səhnədə hamının gözü qarşısında çəkməyə başlayıb. Tamaşaçılara bu dəfə də belə şok yaşadan Cyrus işini bitirdikdən sonra səhnəni heç nə olmamış kimi tərk edib.