Asena:"Mənim kimi aslan bir qadından..."

12 Noyabr 2013 12:57 (UTC+04:00)

Türkiyənin məşhur oreyental ifaçısı Asena ana olmaq eşqinə düşüb. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ana olmaq istədiyini açıq-aşikar ifadə edən Asena maraqlı açıqlama verib:  "Ana olmaq istəyirəm. Amma bu anda deyil. Məsələn, 2 il sonra filan.... Mənim kimi aslan kimi bir qadından aslan kimi bir uşaq istəyirəm. Əsas da qızım olmasını istərdim. Mənim kimi qızım da rəqqasə olsa etiraz etmərəm. Əksinə çox sevinərəm". 

Həmçinin Asena bir daha heç vaxt musiqi dünyasına qayıtmayacağını və müğənnilik etməyəcəyini də bildirib.  "Musiqi dünyasına təkrar qayıtmağı düşünürsünüzmü?" - sualına Asena, "Heç vaxt , Türk xalqına belə bir pislik etmək istəmirəm. Bu alçaq səslə, əsla..." deyə cavab verib.