Bakıda ana və azyaşlı qızı dəm qazından boğularaq ölüb

12 Noyabr 2013 13:06 (UTC+04:00)

Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənərək ölüb.


Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 11-də qeydə alınıb. Paytaxtın Yasamal rayon sakinləri Aygün Heydərova və onun azyaşlı qızı Məryəm dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyalarını dəyişiblər.