Test cavablarının qarşılığında sex təklif edən müəllimlər ifşa edildi

12 Noyabr 2013 14:15 (UTC+04:00)

Hakkari Universitetində oxuyan qız tələbələri test cavablarının qarşılığında cinsi əlaqəyə zorladıkları iddiasıyla polisə müraciət edib. Mövqe.az-ın Türk mətbuatına istinadən verdiyi məlumata görə, nəzarətə alınaraq dünən ədliyyəyə sövq edilən 11 şübhəlidən 1-i rüşvət aldığı üçün həbs olunub. 10 şübhəli isə sərbəst buraxılıb. Hələ də proses davam edir. Məhkəmədə araşdırılır. 

Məlumat üçün qeyd edək ki, şəhərdə 2008-ci ildə qurulan Hakkari Universitetindəki seks qalmaqalı əməliyyatı "Peşə Yüksekokulu Uşaq İnkişafı" fakültəsində oxuyan bir şagirdin 6 ay əvvəl polisə ifşaedici  məktubu yazması ilə başlayıb.