"Google Maps" getdikcə zəifləyir

12 Noyabr 2013 15:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple istifadəçilərinə iOS 6 ilə birlikdə təqdim edilən Apple Maps bir çox əhəmiyyətli səhvlərlə birlikdə gəlmişdi. Səhvlər elə bir hədd almışdı ki, Apple Maps səbəbiylə bir çox Apple idarəçisi ya işindən çıxarılmış, ya da istefa etmək vəziyyətində qalmışdı. İstifadəçilər itib gedən Google Mapsin geri dönməsini səbirsizliiklə gözləyirdi. Lakin bir ildən sonra cədvəl Applenin xeyrinə dəyişib. Apple istifadəçiləri artıq əvvəllki qədər də Google Mapslə maraqlanmır, çünki araşdırma şirkəti ComScore-un hesabatına görə Google Maps yalnız ABŞ-da keçən il 23 milyon istifadəçisini itirib. Eyni hesabatda Apple Maps-in Google Maps-in əksinə istifadəçi qazandığı və 35 milyon iPhone sahibinin bu tətbiqi istifadə etdiyini aşkarlayıb.