Etiraz hüququ üçün on minlərlə insan nümayiş keçirib

24 May 2012 17:27 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kanadanın Montreal şəhərinin tarixində indiyə qədər görünməmiş etiraz nümayişi keçirilib. On minlərlə insan Quebek əyaləti hökümətinin universitet xərclərinin artırılması ilə bağlı keçirilən mitinqlərə edilən qadağalara etiraz edib.Tələbələrin xərclərinin artırılması ilə bağlı keçirilən nümayişin 100-cü günündə xərclərin artırılmasının lehinə olanlar belə tələbələrə dəstək olub, onlarla birlikdə etiraz nümayişində yeriyib. "Bizim küçələrimiz" deyə qışqıraraq hökümətə etiraz edən nümayişcilərdən 50-si polis tərəfindən nəzarət altına alınıb. Montrealdakı nümayişlərə Paris və Nyu Yorktan da dəstək gəlib. Film prodüseri olan Maykl More də nümayişləri dəstəkləyənlər arasında olub.