Movqe.az xəbər
verir ki, ABŞ aktyoru 49 yaşlı Bred Pitt Prezident Obama dövründə
ölkədə baş verən maliyyə böhranını özündə ehtiva edən "Killing them
softly" adlı filmi barəsində yaranmış səhv düşüncələri aradan
qaldırmaq üçün açıqlama verib. Siyasi sistemi tənqid edən
filmdə ABŞ Prezidenti Barak Obama nın seçkilərdə uğur qazandıqdan
sonra böhranla bağlı verdiyi şərh öz əksini tapıb. "Cannes" film
festivalına qatılan Pitt diqqətçəkən səhnənin heç də məqsədyönlü
hazırlanmadığını deyib.