İsrail XİN: Azərbaycana silah satışı dayandırılmayıb

13 Noyabr 2013 11:57 (UTC+04:00)

İsrail Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Azərbaycana silah satışını dayandırması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.


APA-nın "İzRus"a istinadən xəbərinə görə, XİN-in mətbuat katibi İqal Palmor ötən il 1,5 mlrd. dollar dəyərində silah satışı barədə Azərbaycanla imzalanmış sazişin qüvvədə olduğunu bildirib: "Sazişin dayandırılması ilə bağlı Rusiyadan bizə heç bir müraciət daxil olmayıb".

 

Qeyd edək ki, İsveçrə mətbuatı regionda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışına dair müqavilənin dayandırılması haqqında İsrailə müraciət etdiyini yazıb.