Movqe.Az xəbər verir ki, Flippində baş verən şiddətli qasırğanın fəsadları davam edir. Belə ki, insanların suya, ərzağa, tibbi yardıma olan ehtiyacları gündən-günə artır. Avropa Birliyinin xəbərinə görə, 11 milyon insan qasırğadan əziyyət çəkir, 673 min insan isə qasırğa ucbatından evlərini tərk edib. Takloban şəhərinə isə dahaböyük zərər dəyib. Flippin silahlı qüvvələri spikeri Ramon Zaqala BBC-yə bildirib ki, " tamamilə xarabaya çevrilmiş yerlərdə daha çox xilasetmə işləri aparılır. Ərazi çox böyükdür və saysız helikopterlər hər dəqiqə köməyə gəlir. Bütün yerlərə çatmaq, kömək etmək çətindir. Lakin biz əlimizdən gələni edirik."