Netenyahu geri addım atdı

13 Noyabr 2013 14:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İsrail Baş naziri Netanyahu , ABŞ və Fələstin tərəfindən gələn sərt reaksiyalar ucbatından Tikinti naziri Arieldən yeni məskunlaşma vahidi inşası qərarını nəzərdən keçirməsini istəyib. İsrail Tikinti naziri Uri Arielin Qərbi Şəriyədə 20 min yeni yəhudi məskunlaşma mərkəzinin inşası qərarını açıqlamasından sonra ABŞ və Fələstin tərəfindən gələn sərt reaksiyalar , baş nazir Binyamin Netanyahuya geri addım atdırıb. İsrail Baş nazirlik Ofisinə gecə yarısı edilən yazılı şərhdə, Baş nazir Netanyahunun Tikinti naziri Arieli axtararaq almış olduğu qərarı yenidən nəzərdən keçirməsini istədiyi deyilib.