İfrat istilər 150 min nəfəri öldürə bilər
24 May 2012 18:00 (UTC+04:00)
Movqe.az
xəbər verir ki, İqlimin dəyişməsi nəticəsində yaranan isti havalar
ABŞ-ın böyük şəhərlərində 150.000 nəfərin ölümünə səbəb ola
bilər.
ABŞ- dakı Təbii Resursları Qoruma Şurasının nəşr etdirdiyi
son hesabata görə Louisville, Detroit və Cleveland da daxil
olmaqla bir sıra şəhərlərdə karbon emisyonun qarşısı alınmasa və
ilk yardım göstərilməsə minlərlə insan ölə bilər.
Xatırladaq ki, 1995-ci ildə ABŞ-da yaranan son dərəcə isti hava
Çikaqo bölgəsində 700 nəfərin ölümünə səbəb olmuşdu.