Nigarın əri: "O,anamın gəlinidir"
13 Noyabr 2013 14:10 (UTC+04:00)
Vizajist Nigar İbrahimovanın toyu ilə bağlı
söz-söhbət bitmək bilmir.
Axşam.az-ın məlumatına görə, yayılan şayiələrə bu
dəfə Nigarın həyat yoldaşı Ruslan fikir bildirib. O, "Facebook"
profilində həyat yoldaşından və özündən
yazıb:
"Hər kəs gedib öz ailə problemləri ilə məşğul
olsaydı, yaxşı olardı. Biləsiniz ki, bu cütlüyə kimlərinsə neqativ
fikri maraqsızdır. Yaddan çıxarmayın ki, atdığımız hər addım
Allahın izni ilədir. Hamının övladı var, heç kim bilmir ki, sabah
başına nə gələcək. İnsanlar öz ailələri ilə xoşbəxt olsalar,
başqalarını müzakirə etmək yadlarına düşməz. Allah hamımızın
köməyində olsun, bütün insanlara xoşbəxtlik arzu
edirəm".
Ruslan daha sonra Nigar İbrahimovanın şəklini
paylaşaraq "Anamın gəlini" sözlərini yazıb.