Vine indi də Windows Phone 8-də

13 Noyabr 2013 18:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İstifadəçilərin uzun bir müddətdir gözlədiyi Vine tətbiqi nəhayət Windows Phone 8-ə gəlib. Microsoft istifadəçilərin Windows Phoneda görmək istədikləri tətbiqləri bir-bir tamamlamağa başlayıb. Windows Phone 8 üçün bu tətbiqə sahib olmaq böyük məna kəsb edir; artıq istifadəçilər video mərkəzli sosial şəbəkələrin əskikliyini yaşamırlar. Daha əvvəl Vine ilə Instagramın WP-a gələcəyi açıqlanmışdı. Vine gəldi, Instagramda tezliklə olacaq. Gözləyiş bir xeyli uzun olsa da, Vine bunu kompensasiya etmək üçün Windows Phone-a xüsusi bir neçə unikal xüsusiyyət iəlavə edib. Bunlardan biri, WP 8 istifadəçilərinin Vine hesablarını əsas səhifələrinə yerləşdirə bilmələridir.