İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub (FOTO)

13 Noyabr 2013 15:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olmuşdur.

Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Parkın mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Parkda musiqili fəvvarə tikilmiş, ağac və gül kolları əkilmiş, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılmış, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılmışdır.