Çirkin olduqları üçün uşaqlarından imtina etdi

13 Noyabr 2013 16:29 (UTC+04:00)

"Çox çirkindirlər, mənim ola bilməzlər"


Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, çinli bir iş adamı  evlənmədən əvvəl bütün üzünə estetik əməliyyat etdirdiyini ondan gizlədən həyat yoldaşını "Məni dolandırıb və uşaqlarımın çirkin olmasına səbəb olub"  deyərək məhkəməyə verib və 120 min dollarlıq təzminat tələb edib.


Jian Feng adlı bu adam "çok çirkin" olduqları səbəbi ilə uşaqlarına DNT testi elətdirib. Uşaqların biolojik atası olduğunu öyrənəndən sonra isə, həyat yoldaşının keçmişini araştırıb və qadının Güney Koreyada 100 min dollarlıq estetik əməliyyat olunduğunu öyrənib.


Amerika  mətbuatında məhkəmə ilə bağlı xəbərlər ilk dəfə 2004-cü ildə yer alıb. Fengin qazandığı iddia edilən məhkəmənin nəticəsi isə, keçən il çıxan xəbərlərdə yer almışdı.


Xəbərin doğruluğu sübut olunmazdan əvvəl 2004-cü ildən bəri mətbuatda yer alan bu hekayənin əslində bir şəhər əfsanəsi olduğu deyilir. İnternetdə yer alan bu fotonun əslində Tayvanda bir plastik cərrahın reklam üçün istifadə etdiyi bir şəkil olduğu da iddialar arasındadır.