Qanunsuz lotereya aşkarlanıb

13 Noyabr 2013 20:15 (UTC+04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Football Planet" MMC-nin lotereyalar haqqında qanunvericiliyin tələblərini pozduğu aşkarlanıb. Komitədən Ans press-ə verilən məlumata görə, bununla əlaqədar, komitə "Football Planet"ə keçirdiyi "FP-2-1-0" adlı stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verib.


Bununla bağlı, QKDK vətəndaşları məlumatlandırır. Bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çağırır.