Vəfa Zeynalova: "Göbələk olub yerdən çıxmamışıq ki"

14 Noyabr 2013 09:47 (UTC+04:00)
Vəfa Zeynalova çəkildiyi erotik film "İlahi məxluq"dan danışaraq yenidən gündəmə gəlib. Mövqe.az-ın "Lider" telekanalında yayımlanan " Pərdə" verlişinə açıqlaması zamanı aktrisa bu qalmaqalın ailəsini daha da möhkəmləndirdiyini bildirib:  "Neçə ildən sonra həyat yoldaşım bir daha sübut etdi ki, o, həqiqətən, məni sevir. Biz əmin olduq ki, evlənmək qərarımızda heç yanılmamışıq. Mən anayam, həyat yoldaşıyam, kiminsə qızı, kiminsə bacısıyam, o sözlər deyilməməliydi. Göbələk olub yerdən çıxmamışam ki, hərə nə istəyir desin, yazsın. Amma bu hadisə ailəmdə heç bir problem yarada bilmədi. Əksinə, bizi daha da möhkəmləndirdilər".