"O, psixoloji klinikada müalicə almalı olacaq”
14 Noyabr 2013 10:04 (UTC+04:00)
39 yaşlı yaraşıqlı müğənni Robbi Uilyams gənc ifaçı Mayli
Sayrusun vəziyyətindən narahatdır.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki,
Uilyamstezliklə Maylinin psixoloji klinikada müalicə almaq
məcburiyyətində qalacağını iddia edir.
Məşhurluğun insanın psixologiyasında problem yaratdığını deyən
müğənni özünün də belə halla qarşılaşdığını söyləyib:
"Mayli haqqında bütün dünya danışır. Bu, insan psixologiyasına çox
pis təsir edir. Gün gələcək Sayrus öz istəyi ilə bu məşhurluqdan
imtina edəcək və klinikada müalicə almalı olacaq. Mən də belə
vəziyyətdə idim və heç kimə arzulamazdım. Mayli dünyaya qarşı
etiraz etməyə çalışır, lakin bir müddət sonra özü əsəb pozğunluğu
yaşayacaq".