İlhamə Quliyeva: "Hər kəsi dəyişdim"

14 Noyabr 2013 10:09 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, ötən günlərdə İlhamə Quliyeva  ifaçıları və jurnalistləri başına toplayaraq yeni komandası ilə bağlı açıqlama verib:
"Əziz xalqımız, avazımın heyranları, bu gün sizə elan edirəm ki, mənim komandamda böyüklük olub. Komandamı yeniləmişəm. Sürücümə kimi hər bir kəsi dəyişmişəm. Artıq yeni insanlarla işləyəcəm.

Məlumat üçün bildirək ki, xalq artistinin mətbuat katibi jurnalist Tahirə Məmmədqızı, prodüsseri  isə Zöhrab (Zorik) Ağayevdir . İlhamə Quliyeva yeni komandası ilə özünü daha rahat, asudə hiss etdiyini vurğulayıb.