Bakı sakini liftin şaxtasına düşərək ölüb

14 Noyabr 2013 10:00 (UTC+04:00)

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini bədbəxt hadisənin qurbanı olub. APA-nın məlumatına görə, vətəndaşın liftin şaxtasına düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olan kimi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Qaraçuxur qəsəbəsi, Yusif Ayvazov küçəsi 40/48 ünvanına yollanıb.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1954-cü il təvəllüdlü Sərdar Səlimov lifti gözləyən zaman ehtiyatsızlıqdan boş şaxtaya düşüb. Nəticədə o altıncı mərtəbədən birinci mərtəbəyə düşərək ölüb. Keçirilən xüsusi əməliyyat nəticəsində meyit şaxtadan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.