Aygün:"Görmürsüz Aygünsüz Namiq nə gündədir"

14 Noyabr 2013 10:22 (UTC+04:00)
Aygün Kazımova keçmiş sevgilisi Namiq Qaraçuxurlu haqqında danışıb. Mövqe.az-ın məlumatına görə xalq artisti A. Kazımova  "ATV" telekanalında yayımlanan "ATV maqazin" verlişinə açıqlamasında meyxanaçını ad günü münasibəti ilə təbrik edib: " Namiq gəmi ilə səyahətə çıxıb. Ona gözəl dəniz səyahəti arzu edirəm. Mən sağlam insanam. Hər şeyi artıq normal qarşılayıram. Əsəb, stress filan hər şey keçmişdə qaldı. Düzdür bu təbrikim Namiq üçün təəccüblü olacaq. Amma nə edim? Ad günüdür və ad günündə də, insanı təbrik edərlər. Mən Namiqi təbrik edirəm, ona uğurlar arzu edirəm. Eşitdim ayağından zədə alıb. Tez sağalasan, səhnələrə dönəsən Namiq! Səhnələr sənsiz boşdur".

Aygünsüz Namiq necədir sualına isə diva gülərək belə cavab verib: "Çox kötüyəm. Görmürsüz  Aygünsüz Namiq  nə gündədir".

Xatırladaq ki, Namiq Qaraçuxurlu başqa bir xanımla nişanlıdır və yaxın zamanda toya hazırlaşır.