Rusiyada vizasız 90 gündən artıq qalmaq qadağan olunacaq

14 Noyabr 2013 11:30 (UTC+04:00)

Əcnəbilərə yarım il ərzində viza və işləmək icazəsi olmadan Rusiya ərazisində 90 gündən artıq qalmaq qadağan oluna, Federal Miqrasiya Xidməti (FMX) isə miqrantın elektron şəxsiyyət vəsiqəsini tətbiq edə bilər.


APA-nın "Kommersant"a istinadən xəbərinə görə, Dövlət Sərhəd Komissiyası bununla bağlı FMX-yə müvafiq tapşırıqlar verib.

 

Tapşırıqlara əsasən, FMX 2015-ci ilədək miqrantın elektron şəxsiyyət vəsiqəsinin yaradılması və tətbiqi məsələsini işləyib hazırlamalıdır.