Kərim övladını mediadan gizlədir?
14 Noyabr 2013 11:19 (UTC+04:00)
Sevilən müğənni Kərim Abbasov ailəsi barədə yayılan söz söhbətlərə
son verəcəyi barədə məlumat verib. Mövqe.az-ın məlumatına görə,
Lider telekanalında yayımlanan " Pərdə" verlişinə açıqlaması zamanı
Kərim övladının olub olmaması haqqında verilən suala gülərək cavab
verib: " Yaxında hər şeyi biləcəksiniz. Hər şey üzə çıxacaq. Bircə
onu deyə bilərəm ki, mən uşaqları çox sevirəm. Uşaq mənim üçün hər
şey deməkdir. Uşaqsız ailə olmaz. Tezliklə hər şeyə aydınlıq
gətirəcəyik".
Məlumat üçün qeyd edək ki, deyilənlərə görə Kərimin ikinci
evləndiyi xanımdan 6 aylıq uşağı var və müğənni övladının olması
xəbərini mediadan gizlədir.