Bu gün bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

14 Noyabr 2013 12:01 (UTC+04:00)

Mərasimlərdə iştirak etmək istəyənlərə ictimai nəqliyyatdan istifadə etmək məsləhət görülür

Bu gün ölkəmizdə Aşura günüdür. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verən Qazılar Şurası məscid və digər xüsusi ayrılan məkanlarda aşura mərasimlərinin ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsi haqda xəbərdarlıq edib. 


Mərasimlərlə bağlı bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik olan yollar istiqamətində avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məscidlərdəki mərasimlərdə iştirak etmək istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyindən istifadə etmək məsləhət görülür.