Azərbaycanda hava kəskin dəyişəcək

14 Noyabr 2013 12:26 (UTC+04:00)

Sabah günün ikinci yarısından başlayaraq noyabrın 16-da Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən Trend-ə bildiriblər ki, noyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Gündüz saatlarından başlayaraq axşama doğru şimal-qərb küləyi güclənəcək.


Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, günün birinci yarısında 18 dərəcə, axşama doğru 10-12 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında noyabrın 15-də hava, əsasən, yağmursuz, gecə və bəzi yerlərdə duman, çiskin olacaq, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi gündüz güclənəcək.


Aran rayonlarında noyabrın 15-də havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.