Movqe.Az xəbər verir ki, Facebook, proqram nəhəngi Adobe-un 38 milyon istifadəçisinə aid şifrələrin oğurlandığı xakker hücumundan sonra istifadəçilərinə "şifrənizi dəyişdirin" xəbərdarlığını edib. Sosial şəbəkə, Adobe xidmətlərində Facebook hesabıyla eyni şifrəni istifadə edən istifadəçilərin dərhal lazımi dəyişiklik etməsinin vacibliyini qeyd edib. Facebook, PhotoShop qaynaq kodu daxil olmaq üzrə ən az 38 milyon Adobe istifadəçisinin şifrələrini oğurlayan xakkerlərə qarşı istifadəçilərini xəbərdar edib. Adobe-da hesabı olan istifadəçilərindən ən qısa zamanda şifrələrini dəyişdirmələrini istəyən Facebook, xakkerlərin əldə etdikləri şifrələri Facebookda yaya biləcəklərini deyib. Krebs on Security saytına şərh edən bir Facebook səlahiyyətlisi, şifrənin sıfırlanması müddətində Facebook istifadəçilərinin əməliyyatlarını heç kimin görə bilməyəcəyini deyib və xaricdən bir təhdid olsa da təhlükəsizlik zəmanəti verib.