Galaxy S3 üçün Android 4.3 yeniləməsi dayandırıldı

14 Noyabr 2013 15:54 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Sammobile adlı internet saytının iddialarına görə Samsung, Galaxy S3 istifadəçilərində bir çox problem yaradan Android 4.3 yeniləməsinin fəaliyyətini dayandırıb. Forumlarda müzakirə olunduğu kimi, tətbiqlərin durduq yerə bağlanması , kabelsiz şəbəkədə əlaqə problemləri, telefonun kilidlənərək batareya çıxarılmadan düzəlməməsi və batareya dayanıqlılıq müddəti kimi problemlərlə qarşılaşan Galaxy S3 istifadəçiləri böyük ehtimalla Android 4.3 -ü yüklədiklərinə peşman oldular deyə bilərik. Sammobile adlı internet saytının xəbərinə görə də Samsung, Galaxy S3 modeli üçün Android 4.3-ə bir müddət ara vermiş vəziyyətdədir. İstifadəçilərin Samsunga reaksiyası isə getdikcə böyüyür. Android 4.3 -ün Galaxy S3 üzərində kifayət qədər testdən keçirilmədən yayımlandığını söyləyən Galaxy S3 istifadəçiləri əsəbidir.