1 milyon 274 342 nəfər pensiya alır
14 Noyabr 2013 16:39 (UTC+04:00)
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1
milyon 274 342 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan
ANS PRESS-ə verilən məlumata görə, əmək pensiyası alan şəxslərin
39,5 faizi kişilərdən, 60,5 faizi isə qadınlardan ibarətdir.
Onlardan 62,2 faizi yaşa görə, 27,1 faizi əlilliyə gərə, 10,7 faizi
ailə başcısını itirməyə görə əmək pensiyası
alır.
Yeni sığorta-pensiya sistemində pensiyaların baza
hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta
hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud
maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan
yaradıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət
mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq
məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə
pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5
manat olduğu halda, bu il oktyabrın 1-nə bu məbləğ 170 manata, o
cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 187,6
manata çatıb.
Əmək pensiyası - "Əmək pensiyaları haqqında"
Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və
məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası
təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin,
yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin
itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara
aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var- yaşa görə əmək
pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə
görə əmək pensiyası.