1,5 ton qan toplanılıb-Özəl
14 Noyabr 2013 16:12 (UTC+04:00)
Bu gün Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz
Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət
çəkənlərə yardım məqsədi ilə keçirilən könüllü qanvermə
aksiyalarında saat 16:00-a olan məlumata görə, 1,5 ton qan
toplanıb. Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya
İnstitutunun MərkəziQan Bankının müdiri Pərvanə Hacıyeva
Movqe.az-a açıqlamasında bildirib ki, 3930 nəfər qanvermə
aksiyalarında iştirak edib. Qeyd edək ki, bu gün 14 məkanda
qan verilir. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin
qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
P. Hacıyeva artıq rayonlardakı xəstəxanalardan da qanla bağlı
sifarişlərin qəbul olunduğunu söyləyib.
1. Yasamal rayon - Təzə-pir məscidi
2. Yasamal rayon - Hacı Soltanəli məscidi
3. Səbail rayon - Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon - İçəri-şəhər Cümə məscidi
5. Suraxanı rayon - Qaraçuxur məscidi
6. Xəzər rayon - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhər - Cümə məscidi
9. Gəncə şəhər - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər - Heydər məscidi
11. Şəki şəhər - Cümə məscidi
12. Lənkəran şəhər - Böyük bazar məscidi
13. Bərdə şəhər - Cümə məscidi
14. Nəsimi rayon - Hacı Əjdərbəy məscidi
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası
(QŞ) Aşura mərasimləri ilə bağlı fətva verib. Fətvada dindarlara
başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə
şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə
keçirilmək tövsiyə olunub. Qeyd olunub ki, mərasimlərdə Kərbəla
şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid
olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda
nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla
qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol
verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu
digərlərinə təlqin etməlidirlər. Fətvada o da bildirilib ki,
son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar
üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib
əzadarlıq nümunəsi kimi örnək olmalıdır.