Günay xəyanət edən həyat yoldaşını niyə bağışlayıb?
14 Noyabr 2013 18:30 (UTC+04:00)
Türkiyədə yayımlanan "Aramızda qalsın" verilişinə qonaq
olan model Günay Musayeva həyat yoldaşı, aktyor Tolqa Karelin onu
aldatmasından danışıb.
Axşam.az-ın məlumatına görə, Günay Tolqanın xəyanətini bağışlama
səbəbini açıqlayıb:
"Hər bir insan səhv edə bilər. Bu, xoş bir hal deyil. Qəbul etmək
çətindir. Söz-söhbət tərəfdarı deyiləm. Problemləri danışaraq həll
etməyi xoşlayıram. İnsanın bir ildə dəyişməsi asan deyil. Vaxt
keçdikcə onun dəyişdiyini, səhvlərini düzətdiyini görürsən. Buna
görə də hər kəsə şans vermək lazımdır. Onsuz da hamı, dünyanın ən
gözəl qadını belə bir gün xəyanətlə qarşılaşır. Subay olanda hamı
azad həyat yaşayır. Amma ata olduqdan sonra səhvləri etməmək,
dəyişmək vacibdir. Elə buna görə də onu bağışladım".