Aşkın Nur Yengi həyat yoldaşından ayrılıb

24 May 2012 21:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, müğənni Aşkın Nur Yengi, həyat yoldaşı, məşhur aktyor Haluk Bilginerden ayrılandan sonra bu gün Londona gedib. Qızı Nazlım ilə birlikdə Londona uçan müğənni, jurnalistlərin ona ayrılıq qərarı ilə bağlı verdiyi suallara cavab verməyib.

Qeyd edək ki, H.Bilginer və A.N.Yengi, dünən jurnalisttlərə rəsmən ayrıldıqlarını deyiblər: "Aldığımız ortaq qərar nəticəsində xüsusi həyatımızı ayırdıq".

Fuad Mədətov

Movqe.Az