Azərbaycanlı müğənni xəstəxanaya düşüb
14 Noyabr 2013 19:15 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, o, lent.az-a bildirib ki, zəhərlənib:
"Dişimdə problem olduğuna görə stomatoloqa müraciət etdim. O da
mənə sakitləşdirici iynələr vurdu. İynədən sonra evə gəldim. Yemək
yedim, şokoladla çay içdim. Elə şokoladdan sonra da halım
pisləşdi.
Allergiya oldum. Özümü çox pis etdiyimi görüb, evdəkilər məni 1
saylı Kliniki Xəstəxanasına apardılar. Həkimlər məni müayinə
etdilər və söylədilər ki, allergiya olmuşam. Halsızlığım da buradan
yaranıb. Beş gün həmin xəstəxanada qaldım. Dünən axşam evə
gətirdilər, indi vəziyyətim qənaətbəxşdir. Buna baxmayaraq,
müalicəm davam edir".