Iranda qadınlara azadlıq verildi?

15 Noyabr 2013 11:48 (UTC+04:00)

İranda 1979-cu il İslam İnqilabından bəri əxlaq polisləri, artıq küçədə İslama zidd geyinməkdə təqsirləndirdikləri qadınları nəzarətə götürə bilməyəcək. Movqe.Az "Telegraph"a istinadən xəbər verir ki, islahatçı prezident Həsən Ruhani , sosial sahədə paltar və əxlaqa uyğun davranışlara nəzarət etmə səlahiyyətini təhlükəsizlik qüvvələrindən alaraq daxili işlər nazirliyinə verib. İran Təhlükəsizlik Müdiri İsmayıl Əhmədi Mughaddam , paltar tətbiqinin artıq hüquqi sanksiyalara tabe olmadığını söyləyib. Yeni tənzimləməyə görə paltar nəzarətinə daxili işlərdən asılı ictimai şura məsul olacaq. İranda illərdir qadın və kişilərin paltar və davranışlarının İslami qaydalara uyğunluğuna nəzarət Gast İrşad ( əxlaq Zabiti) , küçədə baş örtüsüylə gəzmək məcburiyyətində olan İranlı qadınlara yönəlmiş tətbiqləriylə narahatlığa səbəb olurdu. İyunda vəzifəyə gələn Ruhani , seçki kampaniyası əsnasında İranlı qadınların küçədə gördükləri təzyiqi qaldırmaq sözü vermişdi.