Aşurada 1774.8 litr qan tədarük olunub

15 Noyabr 2013 11:14 (UTC+04:00)

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən Məhərrəmlik ayının onuncu günü "Aşura günü"ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyalarında toplanan qanın həcmi açıqlanıb. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, təşkil olunmuş qanvermə aksiyalarda 4437 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1774.8 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır. Aksiyalar Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunun Mərkəzi Qan Bankında, habelə Bakı şəhəri "Təzə pir", "Mir-Mövsüm ağa", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər "Cümə məscidi"ndə, Gəncə şəhər "İmamzadə məscidi"ndə, Lənkəran şəhər "Böyükbazar məscidi"ndə, Mingəçevir şəhər "Heydər məscidi"ndə, Şəki şəhər "Cümə məscidi"ndə, Bərdə şəhər "Cümə məscidi"ndə, Mərkəzi Qan Bankının Quba və Şirvan bölmələrində təşkil edilibdir.Qeyd edək ki, 2012-ci ildə "Aşura günü"ndə keçirilmiş qanvermə aksiyalarda 4007 nəfər qan vermiş və 1602.8 litr qan tədarük olunub.