"Medcezir"in Mirasının aşiq olduğu evli iş adamı "çapkın" çıxdı

15 Noyabr 2013 12:39 (UTC+04:00)

"Medcezir" serialında Mira rolunu canlandıran Serenay Sarıkaya ilə əlaqəsi olduğu iddia edilən antalyalı iş adamı Murat Süğlünün eyni zamanda aktrisa Günəş Zavrak ilə də eşq yaşadığı məlum olub. 

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Süğlünün təqaüdçü həyat yoldaşının, yaxın ətrafına boşanmanı düşünmədiyini, yoldaşının Serenaydan başqa gənc serial oyunçusu Günəş Zavrakla da əlaqəsini bildiyini söylədiyi öyrənilib. Beləliklə də, iş adamı Süğlünün, Sarıkaya ilə birlikdə olduğu dövrdə Zavrakla iki aydır əlaqə yaşadığı iddia edildi.

Qeyd edək ki, Süğlün əvvəlki gecə Sarıkaya ilə Cihangirdə bir məkandan çıxarkən görüntülənib.