Oksanadan istəyənlərə həftədə iki dəfə özəl dərslər...

15 Noyabr 2013 13:03 (UTC+04:00)

Rəqqasə Oksana Rəsulova  müəllimlik edəcək. 


Mövqe.az-ın məlumatına görə, rəqqasə idman mərkəzlərinin birində bu sənətə həvəsi olanlara rəqs dərsi keçəcəyi barədə məlumat verib. Rəqqasənin verdiyi məlumata görə bu işdə ona  idmançı Kamil Zeynalov kömək edib.  Oksana sosial şəbəkədə bu barədə belə yazıb: 

"Artıq mənim iştirakımla hind rəqsləri öyrədiləcək. Həftədə iki dəfə istəyənlərə özəl dərslər verəcəm".