"Facebook"un təklifini rədd etdi!

15 Noyabr 2013 15:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fecabook bu dəfə istədiyi tətbiqə sahib ola bilməyib. Facebooku rədd edən mesajlaşma tətbiqi Snapchat  olub. Facebook daha əvvəl almaq istədiyi bir çox internet tətbiqini satın almışdı. Lakin bu dəfə şok bir şəkildə satın alma təklifi rədd edilib. Bundan əvvəl Instagram və digər çox məşhur tətbiqləri satın alan Facebook bunlara daha bir yenisini əlavə etmək istəyib, ancaq bu dəfə müvəffəqiyyətli olma bilməyib. Facebook bu məşhur tətbiqə sahib ola bilmək üçün 3 milyard dollarlıq bir təklif etsə də Snapchatın qurucusu Evan Spiegel təklifi geri çevirib. Snapchat təxmini 5 milyon gündəlik ziyarətçi və 60 milyon üzvə malikdir.