Azərbaycanın bir neçə ölkədə hərbi attaşe aparatları yaradılacaq

15 Noyabr 2013 16:26 (UTC+04:00)

Azərbaycanın bir neçə xarici ölkədəki diplomatik korpuslarında hərbi attaşe aparatlarının yaradılması planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Yeni hərbi attaşe aparatlarının Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, CAR və Polşada açılması nəzərdə tutulur.

Bununla yanaşı, Balkan və Cənub-Şərqi Asiya regionundakı dövlətlərin birində də hərbi attaşe aparatının təsis edilməsi nəzərdən keçirilir.