"Azərbaycanda 3 manatlıq əsginasa ehtiyac yoxdur"
15 Noyabr 2013 23:31 (UTC+04:00)
Bu yaxınlarda parlamentin iclasında 3 manatlıq
əsginasların dövriyyəyə buraxılması ilə bağlı edilən təklifə
Mərkəzi Bankın sədri şərh edib. ANS PRESS-in məlumatına görə, Elman
Rüstəmov milli valyutamızın strukturunun beynəlxalq ən yaxşı
praktikaya uyğunlaşdırıldığnı deyib:
"Dünyanın aparıcı valyutalarına baxsaq avro,
funt-sterlinq, İsveçrə frankı və ABŞ dolları kimi valyutaların heç
birində aralıq nominalına rast gəlmərik. Biz milli valyutamızın
nominal strukturu bilirsiz ki, 6 nominalda əsginaz və 6 sikkədən
ibarətdir. Milli valyutamızın strukturu beynəlxalq ən yaxşı
praktikaya uyğunlaşdırılıb. Azərbaycanın daxilində əhalinin əsas
xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində
aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların
uyğun olduğunu göstərir".
Bir müddət öncə buraxılan 2 dollarlıq əsginasların
iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilmədiyini
xatırladan AMB-nin sədri hazırda bu praktikadan istifadə etmək
niyyətində olmadıqlarını deyib.