Gənc qızları oğurlayaraq zorlayan cinayətkar dəstə ifşa olundu (TƏFƏRRÜAT)
15 Noyabr 2013 16:45 (UTC+04:00)
Türkiyənin Şanlıurfa vilayətində fahişəxana
şəbəkəsi aşkarlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən
verilən məlumata görə, insan alverilə məşğul olan qrup bir qadının
oradan qaçması ilə ifşa edilib.
Belə ki, bir qadın təşkil edilən faişəxanadan
qaçıraq polisə şikayət dib. Bildirib ki, 12 nəfər bir şəbəkə
quraraq, gənc qadınları fahişəliyə cəlb edir. Onlar gənc qızları
oğurlayır, onları zorlayır və fahişəliyə məcbur edir. Dəstə üzvləri
həmin qadınların xidmətindən gəlir əldə edərək, öz şəbəkələrini
genişləndiriblər. Şəbəkənin başçısı isə Halil.K. başçılıq
edir. Ürəkağrıdan məqamlardan biri də,
oğurlanan 14 yaşlı B.E.-nin böyük qardaşı Y.E.-nin başına
gətirilənlərdir. O, bacısını xilas etmək üçün ora gedib. Lakin
orada onu tutaraq əllərini bağlayıblar. 10 nəfər B.E.-nin gözü
qarşısında gənc qızı zorlayıb. Daha sonra oğlanı mağarada
bağlayıblar və hər gün onu qamçılayıblar. Qrup lideri Halil.K. qadınlardan birinin ondan hamilə
qalmasını eşidən kimi, həmin qadına iynə vurur. Bu iynə ilə həmin
qadın bir dha ana ola bilməyəcək. Onun çirkin əməllərindən biri isə
R.K. adlı qadının 15 yaşlı qardaşı ilə cinsi əlaqəyə girməyə məcbur
etməsidir. Bu və digər iyrənc
cinayətləri sübuta yetirilən qrup üzvləri keçirilən əməliyyat
zamanı saxlanılıb. Onların üzərindən odlu silah və narkotik
maddələr də tapılıb.