“Mən Acun kimi aparıcı olaram”
15 Noyabr 2013 17:18 (UTC+04:00)
Skripkaçı Ceyhun aparıcılıq təklifi
alıb.
Sənətçi Axşam.az saytına açıqlamasında
təkliflərdən imtina etdiyini deyib:
"Mənim aparıcılıq savadım və səviyyəm yüksəkdir.
Bunu qonaq olduğum verilişlərdə də sübut etmişəm, mövzu tapıb,
maraqlı fikirlər bildirmişəm. Buna görə də nə vaxtsa aparıcılıq
edəcəm, amma öz ideyam, layihəm olacaq. Mən Acun Ilıcalı kimi
aparıcı olaram. Xoşum gəlir onun fərqli ideyalarından, işlərindən.
Amma heyif ki, bizdə qəbul olunmur. Ancaq eyni standartda, mövzuda
verilişlər hazırlanır. Fərqli format bizdə özünü doğrultmur. Ancaq
eyni simalar qəbul edilir. Yarışmaların hamısına sms nömrəsi
qoyurlar. Bu da maraqsızlaşdırır.
Bu yaxınlarda bir verilişdən təklif aldım.
Proqramdakı musiqi orkestrinin şefi olacam. Təklifi qəbul etdim.
Yaxın günlərdə efirdə görünəcəm".