Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılacaq

15 Noyabr 2013 17:30 (UTC+04:00)
Əməkdar artist Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılmaq qərarına gəlib. 

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni müxbirimizlə söhbətində deyib. O, təklifin Türkiyənin məşhur telekanalından gəldiyini bildirib: 

"Bilirsiniz ki, "Türkiyə" adlı marş yazmışam. Bu mahnı onlar tərəfindən çox bəyənilib. Tanınmış bir 
telekanalın rəhbərliyi məni Türkiyəyə dəvət edib. Orada həmin bəstəmə klip çəkəcəklər. Bütün xərclər, orada qalmaq, geyimlərim - hamısı onlar tərəfindən təşkil ediləcək. Bu işlə mən həm Azərbaycan şou-biznesində, həm də Türkiyənin şou-biznesində və sənət dünyasında olacam. 

Hazırda ssenari yazılır. Klip qardaş ölkənin qədim yerlərində çəkiləcək. Hər zaman ancaq yaradıcılığımla gündəmdə qalacam. Başqaları kimi qaldığım otellərlə, geyindiyim libaslarla öyünüb gündəmdə qalmağa çalışmıram".