İran səfiri: “Culfa sərhəd-keçib məntəqəsinin sabah səhər açılacağı gözlənilir”

15 Noyabr 2013 17:31 (UTC+04:00)

Bu barədə APA-ya açıqlamasında bildirən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib ki, bu gündən Biləsuvar sərhəd-keçib məntəqəsində avtomobillərin keçidinə icazə verilib.

 

Onun sözlərinə görə, Culfa sərhəd-keçib məntəqəsinin də sabah səhər açılacağı gözlənilir.

 

Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

 

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

 

Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.