İlham Əliyev Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimdə iştirak edib
15 Noyabr 2013 18:14 (UTC+04:00)
Azərbaycan Yeparxiyasının Pravoslav
Dini-Mədəniyyət Mərkəzinin açılışı olub. Movqe.Az-;n Azərtaca
istinadən verdiyi məlumata görə, ölkə başçısı İlham Əliyev
mərasimdə iştirak edib. Dövlətimizin başçısına duz-çörək təqdim
edilib.
Əvvəlcə Prezident İlham Əliyev Jen-Mironosits
kilsəsində olub. Burada Azərbaycan Prezidentinə dua edilərək uzun
ömür arzulanıb.
Sonra Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav
Dini-Mədəniyyət Mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış
şəraitlə yaxından tanış olub.
Daha sonra çay süfrəsi arxasında görüş
olub.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu
Aleksandr İşein, Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında
Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və
Seminariyasının rektoru Yevqeni, Berlin və Alman arxiyepiskopu
Feofan, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və
cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı
Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa
yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Qırmızı
qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev,
Alban-udin dini icmasının sədri Robert Mobili, Bakıdakı katolik
kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycanın rus icmasının
sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Sinodal bölməsinin
kilsə və cəmiyyətin münasibətləri üzrə şöbəsi yanında dinlərin
coğrafiyası mərkəzinin rəhbəri Roman Silantyev, Rusiyanın və
Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay
Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və
başqaları iştirak ediblər.
Prezident İlham Əliyev görüşdə çıxış
edib.
Sonra Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr
İşein çıxış edib.
Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında
Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və
Seminariyasının rektoru Yevqeni Moskvanın və Bütün Rusiyanın
Patriarxı Kirillin Prezident İlham Əliyevə məktubunu
oxuyub.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə, Moskva Patriarxlığının Sinodal
bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri
Vsevolod Çaplin və Bakı dağ yəhudiləri dini icmasının sədri Milix
Yevdayev çıxış edib.