Qalmaqallı müğənni imicini dəyişir

16 Noyabr 2013 10:30 (UTC+04:00)

Qalmaqallı məşhur müğənni Mina bir müddər fasilədən sonra yenidən fəaliyyətə qayıdır. Mövqe.az-ın məlumatına görə, bu dəfə o, tam yeni obraz və yeni imicdə tamaşaçılarını sevindirəcək. Bundan belə o, satirik deyil, romantik janrda mahnılar ifa edəcək. Bununla bağlı müğənni artıq bir neçə mahnı üzərində işlərə də başladığını  Mövqe.az-a danışıb:

"Bundan belə qarşınızda tamamilə yenilənmiş Mina kimi çıxacağam. Tam yeni görünüş, yeni imic, yeni ifa tərzi ilə məni gözləyin!" – deyə, Mina bizimlə bölüşdü.

Xatırladaq ki, bu vaxtadək Mina bir neçə qalmaqallı mətnli mahnıları ilə məşhurlaşmışdı.