Azərbaycan Daxili Qoşunlarının yeni komandanı bu gün şəxsi heyətə təqdim olunacaq

16 Noyabr 2013 12:30 (UTC+04:00)

Daxili Qoşunların yeni komandanı bu gün şəxsi heyətə təqdim olunacaq.


Bu barədə Movqe.az-a Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Daxili Qoşunlara yeni təyin edilmiş komandan, general-mayor Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin I müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib.